tehsil_xeberleri_metn Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver”

Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver”

Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver”

“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!”

“Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkənin dilini belə bilmir. Belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərinin asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik” - nazir bildirib.

E.Əmrullayev həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib:

“Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin mayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mühazirələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər ümumiyyətlə dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”.

Muxtariyyət məsələsinə gəlincə, nazir əlavə edib ki, indiki modeldə ali təhsil müəssisələrin əksəriyyəti dövlətin tabeliyindədir:

“Ali təhsil müəssisəsinə muxtariyyətin verilməsində akademik qurum olaraq mahiyyəti və fəlsəfəsinin ciddi müzakirəsinə ehtiyacı var. Hətta elə universitet var ki, təhsil proqramını yaza bilmir və gəlib bizdən xahiş edir”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.