tehsil_xeberleri_metn Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib.

"Report"xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu qalıb: "Loqonun nazirliyin adı ilə dəyişdirilməsi məqsədəuyğundur. Akademiyanın institutlarının bəzilərinin sosial şəbəkələrində əlaqə nömrələrinin qoyulmaması, orfoqrafik səhvlərin olması, paylaşımların sıx ardıcıllıqla edilməməsi monitorinqlərdə yer alıb".

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev nazirliyin tabeliyinə verilən bəzi institutların loqosunun dəyişdirilməməsi və veb-saytların yenilənməməsinin səbəblərini açıqlayıb. O qeyd edib ki, institutlarla bağlı əsasnamə təsdiq ediləndən və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra veb-saytların buna uyğunlaşdırılmasına baxıla bilər: "Bundan başqa məsələnin həlli üçün maliyyə vəsaiti də lazımdır".

Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...