tehsil_xeberleri_metn Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”.

“Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır:“Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

E.Əmrullayev vaxtilə kolleclərvasitəsilə müəllim hazırlığının həyata keçirildiyini xatırladıb. O bildirib ki,həminvaxt oxuyub-yazma savadı olan şəxslərin sayı da az olub: "Kollec məzunlarına məktəblərdə dərs keçmək imkanı verilirdi. Bu, əvvəlki illərin reallığı idi. Sadə dillə desək, hazırda orta ixtisas təhsili ortada qalıb. Bunu indi subbakalavr dərəcəsi kimi müəyyən etmişik. Hazırda bu ali təhsilin pilləsinin bir səviyyəsi deyil. Bir çox ölkələrdə kolleclər ali təhsilin bir hissəsi kimi tanınır. Hazırda kolleclər müstəqil fəaliyyət göstərir".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.