Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib
Bu barədəAZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, iclasda 2022-ci ilin dekabr ayının sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə başlanmış pilot layihəsi müzakirə olunub. Agentliyin əməkdaşları pilot layihəsinin imkanlarını yüksək qiymətləndirərək 3D texnologiyalarından istifadənin rahatlığını və bu texnologiyaların böyük potensialını qeyd ediblər.
Bu layihənin tətbiqi Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) və Sənaye Mülkiyyəti Federal İnstitutunun təcrübəsi əsasında APİ-nin mütəxəssisləri tərəfindən həyata keçirilib.