“Əzizə Cəfərzadə və xalq yaradıcılığı” monoqrafiyasının təqdimatı olub

“Əzizə Cəfərzadə və xalq yaradıcılığı” monoqrafiyasının təqdimatı olub

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “Əzizə Cəfərzadə və xalq yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən şöbə müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova monoqrafiyanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədqiqat əsərində Əzizə Cəfərzadənin nəsr əsərlərində folklor janrları və onların təzahür formaları sistemli şəkildə araşdırılıb, yazıçının mahnı mətnlərindən, bayatılardan, inanclardan istifadəsi məsələsinə aydınlıq gətirilib.

Kitabın müəllifi G.Hasilova isə çıxışında Əzizə Cəfərzadənin bədii irsinin folklorizm problemi əsasında tədqiq olunduğunu, ədibin folklorşünaslıq görüşlərinin, fəaliyyətinin təhlil olunduğunu diqqətə çatdırıb.

Şöbənin əməkdaşları Sevinc Əliyeva, Aynur İbrahimova, Gülnar Osmanova, Gülnar İsmayılova, Sevda Qasımova, Tahirə Vəliyeva və Nigar İmaməliyeva kitab haqqında təəssüratlarını bölüşüblər. Bildirilib ki, tədqiqatda Əzizə Cəfərzadənin nəsr yaradıcılığı ilə bayatı janrının əlaqəsi, yazıçının Novruz və Xıdır Nəbi bayramının özəlliklərinə münasibəti faktlarla araşdırılıb.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru mərhum professor Kamran Əliyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Yeganə İsmayılova və filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......