tehsil_xeberleri_metn “Gənc iqlim çempionları 2023” müsabiqəsinə start verilir

“Gənc iqlim çempionları 2023” müsabiqəsinə start verilir

“Gənc iqlim çempionları 2023” müsabiqəsinə start verilir

Elm və Təhsil Nazirliyinin dəstəyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri (14-17 yaş) arasında “Gənc iqlim çempionları 2023” müsabiqəsi keçirilir.

NazirlikdənAZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilər arasında iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin vəziyyəti və resurslardan istifadənin yaxşılaşdırılması barədə uşaq və gənclərin maarifləndirilməsidir.

Hər komanda müsabiqəyə yalnız bir layihə təqdim edə bilər və hər komandada maksimum 5 şagird təmsil olunmalıdır.

Müraciətlər ingilis dilində (iki intervallı, arial 12 şrift, Word/PDF) olmaqlageneralenquiries.baku@fcdo.gov.ukelektron poçt ünvanına göndərilməlidir.

Münsiflər heyəti tərəfindən ən yaradıcı və ətraf mühitə əhəmiyyətli təsirə malik layihə ilə çıxış edən 10 komanda seçilərək müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsindən uğurla keçən 2 komandaya öz ideyalarını həyata keçirmək üçün təşkilatçılar tərəfindən kiçik qrantlar təqdim ediləcək. Müsabiqənin sonuncu mərhələsində qalib komandalar onlara təyin olunmuş mentorların dəstəyi ilə təklif etdikləri fəaliyyətləri həyata keçirəcəklər.

Ən yaradıcı 10 komandaya sertifikatlar və xatirə hədiyyələri təqdim olunacaq.

Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu fevralın 5-dək davam edəcək.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatıelanvasitəsilə əldə etmək olar.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...