tehsil_xeberleri_metn “Huma Quşu” Fondunun təqdimatı oldu - Təhsil xəbərləri

“Huma Quşu” Fondunun təqdimatı oldu

“Huma Quşu” Fondunun təqdimatı oldu

Bu gün Bakı Slavyan Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun (Fond) təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib.


Modern.azxəbər verir ki, tədbirə ev sahibliyi edən Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Fondun və BSU-nun təhsil və xeyriyyəçilik sahəsində hədəflərindəndanışıb, təhsilə yardım göstərən ictimai institut,xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib.

"Fondun məqsədi hər birimizin çalışdığı məqsədə,insanların, təhsilin, bəşəriyyətin inkişafına töhfə verməkdir", - rektor söyləyib.

"Huma quşu" Fondunun əməkdaşı Nigar Babazadə Humay haqqında xatirələrini bölüşüb.

"Bizim uşaqlıqda oynadığımız oyunlar oxuduğumuz kitablar ətrafında idi. Humay elmə, biliklər öyrənməyə maraqlı insan idi. O, savadlı, dünyagörüşü zəngin olan gənclərimizdən idi", - N.Babazadə deyib.


Sonra Humay Quliyevahaqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.
Təqdimat mərasimində “Huma quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova və Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-ilin magistr təqaüd proqramından danışıb.
“Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, Komitə xətti ilə Kolumbiyanın Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.Fondun əsas maliyyə mənbəyiHumayın BQXK ilə əməkdaşlıq etdiyi dövrdə hesabına yığılmış vəsaitdir. Fond ailəmizin təşəbbüsü ilə yaradılıb vəkommersiya məqsədi daşımır”, - Humayın anası deyib.

Daha sonra MilliSoft şirkətinin nümayəndəsi Samid Mirsaabov şirkət tərəfindən hazırlanmış və dəstəklənməsi davam etdirilən “Huma Quşu” Fondunun vebsaytını təqdim edib.

“Huma Quşu” Fondunun nümayəndəsi Səidə Abdullayeva fondun təqdim etdiyi imkanların qazilərin həyatına təsirindən və cəmiyyətə inteqrasiya imkanlarından danışıb:
“Fondumuz bu günə qədər üç qazi tələbəyədəstək olub. Onlar 3 aylıq kursutamamlayıblar. İkisi əlavə iki il yarımlıq kursa yazılıblar. Təhsillərini davam etdirirlər. Qazilərimizə göstərdikləri şücaətqarşılığında dəstək göstərə bilməkdən məmnunluq duyuruq”.

Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə isətəhsilə dəstək,təqaüd proqramları, qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək,gələcək planlardan, habelə2023-ilin magistr təqaüd proqramından danışıb. Diqqətə çatdırılıb ki, təqaüd proqramına 16-35 yaş aralığında Azərbaycan vətəndaşı olan aztəminatlı ailələrin universitet tələbələri müraciət edə bilərlər.

Tədbir auditoriyanın çoxsaylı suallarının cavablandırılması ilə davam edib.
Fondun fəaliyyəti barədə ətraflı məlumat və proqramlarda iştirak üçün ərizə forması Fondun Facebook səhifəsində və humagushu.az saytında yerləşdirilib.

Turqay MUSAYEV
  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...