İcma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub
Mayın 24-də Xaçmaz rayonuna mediatur təşkil edilib.
AzEdu.azxəbər verir ki, mediaturun məqsədi sözügedən rayondaicma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatverici görüşün təşkilidir.
Mediaturda millət vəkilləri, Təhsil Nazirliyinin əməkdaşları, blogerlər, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edirlər.
Mediatur çərçivəsində əvvəlcə Xaçmaz rayonu Arzu qəsəbə və şəhər 5 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, Arzu qəsəbə tam orta məktəbdə icma əsaslı məktəbəqədər təhsil qrupu 2021-ci ildə yaradılıb. Qrupda21 uşaq məşğələyə cəlb edilib.Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə 2020-ci ildən fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunda isə 24 uşaq var.
Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, 2017-ci ildə UNİCEF tərəfindən pilot olaraq icrasına başlanılan “İcma əsaslı məktəbəqədər təhsil qrupu” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişləndirilib.
Hazırda Təhsil İnstitutu tərəfindən icra olunan layihə ölkə üzrəməktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideyn iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinə nail olmaq, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində ibtidai təhsilin də keyfiyyətininin artırılması məqsədini daşıyır.
2018-ci ildə 50 qrup ilə fəaliyyətə başlayan layihə çərçivəsində 2019-cu ildə qrupların sayı 321-ə, 2020-ci ildə isə 500-ə çatıb. 2021-ci ildə daha 350 yeni qrupun yaradılması iləhazırdalayihədə 850 qrupvə buqruplarüzrə 761 tərbiyəçi-müəllim fəaliyyət göstərir. 4 il ərzində layihədə iştirak edən 3-4 yaşlı uşaqların sayı 15 dəfə artıb.2020-ci ildə artıq ölkənin 50 şəhər və rayonunda 10000 nəfər 3-4 yaşlı uşaq layihədə iştirak edib.Layihə2021-2022-ci tədris ilində ümumilikdə 16000 uşağın məktəbəqədər təhsil almasına imkan yaradır.
Mediatur Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə sertifikatlaşdırma ilə bağlı görüşlə davam etdirilir.