tehsil_xeberleri_metn İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı müzakirə edilib

İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı müzakirə edilib

İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı müzakirə edilib

Müsabiqənin Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Bakı, 2 dekabr,AZƏRTAC

Dekabrın 2-də “Yüksəliş” Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTACxəbər verir ki, iclasda birinci “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramının nəticələri və ikinci “Yüksəliş” müsabiqəsinin qarşıda duran mentorluq proqramı geniş müzakirə edilib. İşçi qrup tərəfindən hər iki müsabiqənin nəticələrinin təhlili əsasında hazırlanmış yeni təkliflər komitə üzvlərinə təqdim olunub.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı əsasında, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqədə 27 nəfər qalib olub. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci müsabiqə baş tutub. İyul ayında başa çatan ikinci müsabiqədə 22 qalib müəyyənləşib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.