İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 12-15-də İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023) (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, tədbir Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin rəhbərliyi ilə Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi, Oş Dövlət Universiteti və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.

Artıq 7-ci ildir ki, İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və sair daxildir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......
NoNo
............article_metn