İnstitutun baş direktoru Azərbaycan dilinə əcnəbi söz gətirənləri tənqid edib

İnstitutun baş direktoru Azərbaycan dilinə əcnəbi söz gətirənləri tənqid edib

"Hər kəs öz səviyyəsinə uyğun, gözləmədiyin halda lazım olmayan sözləri dilimizə gətirir".

Bunu"Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib.

O bildirib ki, mütəmadi olaraq dilimizə əcnəbi və yad sözlər keçir: "Biz bunun əleyhinə deyilik. Dilimizə yeni sözlərin keçməsi inteqrasiyadır və bu, bizim dünya mədəniyyəti ilə əlaqəmizin nəticəsidir. Bunsuz keçinmək mümkün deyil. Amma qorxulu tərəfi odur ki, dilimizdə ifadə edəcəyimiz söz mövcud olduğu halda onun qarşılığını əcnəbi dildən gətiririk. Bununla mübarizə xüsusilə publisistikanın və mətbuatın üzərinə düşür. Çalışmalıyıq ki, dilimizdə olan sözləri tapaq”.

Professor əlavə edib ki, dialektlər Azərbaycan ədəbi dili üçün hər zaman baza rolunu oynayır: “Əgər sözün qarşılığı dialektimizdə yoxdursa, başqa türkdilli xalqlardan götürmək olar. Orada da yoxdursa, əcnəbi sözlərdən götürmək olar. Bəzi insanlar deyir ki, dilimizdə alınma sözlər işlənməsin. Biz onun əleyhinəyik. Alınma sözlə əcnəbi söz ayrı məsələlərdir. Bu gün alınma sözlər dilə ehtiyacdan gələnlərdir. Məsələn, kompüter sözünü nə ilə əvəz edə bilərdik. Bütün dünyanın işlətdiyini biz də işlədirik”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...