Könüllülük proqramı çərçivəsində UNEC tələbələri ilə növbəti görüş
Dünyanın aparıcı konsaltinq şirkəti olan "McKinsey & Company"nin mütəxəssisləri könüllülük proqramı çərçivəsində növbəti dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri ilə görüşüblər.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, Beynəlxalq iqtisadiyyat və biznes kafedrası nəzdində yaradılan “ISE STEP” tələbə klubunun təşkilatçılığı ilə keçirilən görüşün məqsədi tələbələrə “peşəkar koç” xidmətinin göstərilməsi və onların sosiallaşma bacarıqlarının artırılması olub.
Ümumilikdə 10 sessiya ərzində “McKinsey & Company” şirkətinin mütəxəssisləri Zaur Hüseynov, Mirələm Əkbərli və Samir Məmmədov tərəfindən “peşəkar koç” xidməti göstərilib.