tehsil_xeberleri_metn Koronavirusun lüğətimizə təsiri - Təhsil xəbərləri

Koronavirusun lüğətimizə təsiri

Koronavirusun lüğətimizə təsiri

"Azərbaycan dilinin yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər davam etdirilir".

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin yeni orfoepiya lüğəti bu il təsdiq edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” əsasında tərtib ediləcək.

Şöbə müdiri bildirib ki, ötən il lüğətin hazırlanması ilə bağlı AMEA-da müvafiq İşçi Qrupu yaradılıb və həmin qrup tərəfindən bu istiqamətdə işlər aparılır: "Lüğətin hazırlanması ilə bağlı işlər müxtəlif istiqamətlərdə bölüşdürülüb. Gələn ilin may ayına qədər lüğətin hazır olacağı proqnozlaşdırılır. Amma həyata keçirilən işlərin miqyasından asılı olaraq dəqiq tarixi demək çətindir".

Bir qayda olaraq yalnız yazılışı ilə deyilişi fərqlənən sözlərin lüğətə daxil edildiyini bildirən şöbə müdiri vurğulayıb ki, orfoepiya lüğətində son illər ərzində Azərbaycan dilinə daxil olan yeni sözlərin hamısı yer alacaq: "Lüğət çapa gedənə qədər bütün yeni sözlər əlavə olunacaq. Misal üçün, koronavirus, koronafobiya, koronaviruslu və koronavirussuz sözlərinin də düzgün tələffüz qaydası lüğətdə öz əksini tapacaq. Eləcə də bu sıraya videobloger, vatsap, feysbuk, yutub, bayraqdar və s. kimi sözlər də daxildir".

Qeyd edək ki, “Azərbaycan dilinin orfoepiya normaları” bu ilin iyun ayında təsdiq edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.