tehsil_xeberleri_metn Latviya Prezidenti Egils Levits ADA Universitetində tələbələrlə görüşüb

Latviya Prezidenti Egils Levits ADA Universitetində tələbələrlə görüşüb

Latviya Prezidenti Egils Levits ADA Universitetində tələbələrlə görüşüb

Martın 9-da Latviya Respublikasının Prezidenti Egils Levits ADA Universitetinin tələbələri ilə görüşüb.

AZƏRTACxəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Latviya Prezidentinin ADA-ya səfərindən məmnunluğunu bildirib. ADA Universitetində latviyalı tələbələrin təhsil aldığı, eyni zamanda, Latviyada azərbaycanlı tələbələrin uğur qazandığı qeyd olunub. Hər iki ölkə arasında bir çox sahədə yaxşı əlaqələrin olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, Azərbaycan və Latviyanın tarixində də bənzərliklər mövcuddur. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə inam ifadə olunub. Görüşdə, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub.

Latviya Prezidenti Egils Levits çıxış edərək deyib ki, hazırda dünyada bir çox müharibə və münaqişələr mövcuddur. Baş verən bu hadisələrin dünyada inkişafa mənfi təsir göstərdiyini, bir çox təşkilatların böhranlardan çıxmaq üçün müxtəlif həll yolları axtardığını qeyd edən Egils Levits Ukrayna-Rusiya münaqişəsi haqqında da fikirlərini bölüşüb. Latviyanın xarici siyasətinin beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə olan hörmətə əsaslandığını söyləyən Prezident Latviyanın Ukraynaya əsassız hərbi təcavüzü pislədiyini, Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəklədiyini qeyd edib.

Azərbaycan və Latviyanın Sovet İttifaqı dövründən başlayan münasibətlərindən danışan E.Levits hazırda da ölkələrimiz arasında bir çox sahədə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin tam başa çatması, regionda sabitliyin bərpası üçün sülh sazişinin imzalanması vacibdir və Latviya hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcək.

Sonda yerli və xarici tələbələri maraqlandıran suallar cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...