Maaşları artan təhsil işçiləri:... - SİYAHI
Həmçinin, 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
Modern.azxəbər verir ki, Təhsil Nazirlyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun bildirdiyinə görə, 255 min təhsil işçisinin maaş artımına təxminən 330-350 milyon manat sərf olunacaq.
O, maaşı artacaq təhsil işçilərini aşağıdakı kimi qruplaşdırıb:
“Orta təhsil müəssisələrində çalışan- 6 min 800 nəfər;
Peşə təhsilində çalışan - 5 min nəfər;
Mərkəzləşdirilmiş mühasibat sistemində çalışan -1134 nəfər;
Ərazi maliyyə hesablaşmalar mərkəzində çalışan-154 nəfər;
Məktəbdənkənar təhsil sistemində çalışan - 8 min 700 nəfər;
Metodkabinetlərdə çalışan- 800 nəfər;
Təsərrüfat qruplarında çalışan- 325 nəfər;
Toplam olaraq 255 min nəfərin maaşı orta hesabla 20 faiz artacaq”.
C.Valehov məktəblərdəki uşaq birliyi rəhbərləri və psixoloqların da maaşının 20 faiz artacağnı qeyd edib:
“Bundan başaqa, xüsusi təhsil müəssilərində artım daha çox olacaq - 1400 müəllimin maaşı 50 faiz artacaq.
Məktəblərdəki texniki işçilərin, kitabxanaçıların da maaşı avtomatik olaraq artacaq”.