tehsil_xeberleri_metn Magistraturaya qəbul olmaq üçün sabah 17 mindən çox bakalavrın imtahan verəcəyi gözlənilir

Magistraturaya qəbul olmaq üçün sabah 17 mindən çox bakalavrın imtahan verəcəyi gözlənilir

Magistraturaya qəbul olmaq üçün sabah 17 mindən çox bakalavrın imtahan verəcəyi gözlənilir

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında iştirak etmək üçün 17097 bakalavr ərizə təqdim edib.

Dövlət İmtahan MərkəzindənAZƏRTAC-a bildirilib ki, onlardan 15653 nəfəri Azərbaycan bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10307-si cari ilin, 6790-ı isə əvvəlki illərin məzunlarıdır, 33 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü ildə, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.

Bakıda 12307, Naxçıvanda 558, Gəncədə 1418, Sumqayıtda 1208, Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Xatırladaq ki, fevralın 20-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...