tehsil_xeberleri_metn Məktəblərdə fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirilir

Məktəblərdə fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirilir

Məktəblərdə fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirilir.

Bu barədəAZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, fiziki tərbiyə dərsləri üzrə monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində görülən işləri qiymətləndirmək, fənnin tədrisində məzmun xətlərinə uyğun dərsin qurulması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından düzgün istifadə etməsi, dərsi perspektiv planlaşdırmaya uyğun aparması istiqamətində daha da inkişaf etdirmək, fiziki tərbiyə üzrə dərs və məşğələləri təkmilləşdirməkdən ibarətdir. Həmçinin şagirdlərin fiziki tərbiyə fənninə olan marağını və dərsə davamiyyətini artırmaq, normativlərin tədris vahidlərinin əsasında yerinə yetirilməsini yoxlamaq da monitorinqlərin əsas hədəflərindəndir.

Monitorinqlər zamanı təhsil müəssisələrində fiziki tərbiyə dərslərinin şagirdlərin sağlamlığının inkişafındakı rolu barədə tövsiyələr verilir, müasir metodlar əsasında dərsin təşkili və digər məsələlərlə bağlı müşahidələr aparılır.

Monitorinqlərin Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...