tehsil_xeberleri_metn “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim keçirilib.

Bu barədə"Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

Məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin təqdim olunması, qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması məsələlərindən bəhs olunan təlimdə BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Təlimdə “Ümumi yanaşmalar”, “Tənzimləyici sənədlər”, “İctimaiyyətlə əlaqə və KİV-lə iş”, ““Məktəblinin dostu” əməkdaşlarından ictimai gözləntilər”, “Təşəbbüslər və təhsilə dəstək”, “Daxili informasiya mübadiləsi”, “Tədbirlərin tənzimlənməsi”, “Sorğuların operativ cavablandırılması”, “Məktəb saytlarının fəaliyyətinin tənzimlənməsi”, “Sosial şəbəkələrlə iş” və digər mövzular ətrafında müvafiq söhbətlər aparılıb, tövsiyələr verilib.

Həmçinin təlimdə mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...