tehsil_xeberleri_metn Mərkəzi Elmi Kitabxana Xalça Muzeyi ilə əməkdaşlıq edəcək

Mərkəzi Elmi Kitabxana Xalça Muzeyi ilə əməkdaşlıq edəcək

Mərkəzi Elmi Kitabxana Xalça Muzeyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-dənAZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar. MEK-in baş direktoru Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Onlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı burada toplanan nəşrlərə, məlumat bazalarına, Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərdən ibarət guşələrə baxıb, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində Ulu Öndərin həyatı, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərə diqqət yetiriblər.

Şirin Məlikova tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə “Heydər Əliyev İli” çərçivəsində hazırlanan “Heydər Əliyev-100” adlı illik təqvim təqdim olunub.

Sonra iki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşdə “Vikipediya”da xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışılıb. Xalçaçılıq terminlərinin, anlayışlarının xarici dillərə dəqiq tərcümələri, eləcə də ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlərdən olduğu qeyd edilib. Azərbaycan xalçaçılığının dünyada tanıdılmasında doğru təbliğatın aparılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bünövrəsi qoyulan bu əməkdaşlıq hər iki müəssisə üçün faydalı olacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.