“Minahack” hakatonuna start verilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə fevralın 23-də ölkədə ilk dəfə olaraq minaların təmizlənməsi mövzusunda “Minahack” hakatonuna start verilib.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı ən fəal icma üzvlərini bir araya gətirərək, torpağın minalardan təmizlənməsi üçün texnoloji ideyalar və həllər təklif etməkdir.
İki gün davam edəcək hakatonda 12 universitet və elmi-tədqiqat institutunun 9 komandası yarışacaq. “Minahack 2022” hakatonu üzrə I, II və III yerləri qazanan komandalar müvafiq olaraq 5000, 2500, 1500 manat məbləğində pul mükafatı, finalçılar isə qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.