tehsil_xeberleri_metn Müəllimlər təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi barədə məlumatlandırılıb

Müəllimlər təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi barədə məlumatlandırılıb

Müəllimlər təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi barədə məlumatlandırılıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş keçirilib.

Bu barədəAzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin əhəmiyyəti barədə danışıb, bu kimi layihələrdə müəllimlərin iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

Mehriban Vəliyeva öz layihələri ilə müsabiqəyə qoşulmaq arzusunda olan müəllimlərə uğurlar arzulayıb.

Daha sonra iştirakçılara müsabiqə mövzuları, şərtləri, təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbuluna fevralın 15-dən başlanılıb. Layihələrin qəbulu martın 31-dəkwww.grants.edu.azsaytı üzərindən aparılacaq.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...