tehsil_xeberleri_metn Müəllimlərin işə qəbulunda ciddi dəyişiklik - Təhsil xəbərləri

Müəllimlərin işə qəbulunda ciddi dəyişiklik

Müəllimlərin işə qəbulunda ciddi dəyişiklik

"Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) texniki idarə olunması, yəni, imtahanların sayının çoxaldılması və namizədlərə daha əlverişli şəraitin yaradılması üçün bütün imkanlardan istifadə olunur. 2022-ci ildə MİQ-lə bağlı texniki məsələlərlə yanaşı, məzmun və digər istiqamətlərdə də təkmil dəyişikliklər nəzərdə tutulur”.

Modern.azxəbər verir ki, bunuAPA-ya açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklərdən öncə ictimaiyyətə məlumat veriləcək: “İmtahanların bir neçə dəfə, daha çox bölgədə, məsafə baxımından namizədlərə əlverişli, yaxın ərazilərdə keçirilməsi nəzərdə tutulur".

Şöbə müdiri deyib ki, MİQ müsabiqəsinin il ərzində bir neçə dəfə keçirilməsi ucqar bölgələrdə kadr təyinatlarının yüksək səviyyədə təmin olunmasına gətirib çıxaracaq:

“Eyni zamanda, bu problemlərin aradan qaldırılması üçün başqa stimullaşdırıcı tədbirlər də nəzərdə tutulur. Ucqar bölgələrə gedən gənc mütəxəssislərin əmək haqları artır. Onların imkanlardan yararlanması üçün də müvafiq qərar və qaydalar mövcuddur. Bu il həmin qaydalara olan dəyişikliyə görə, ucqarlarda çalışan müəllimlərin gəlirlərində artım olub. Növbəti illərdə də ucqar bölgələrə gedən müəllimlərin sosial rifahının yaxşılaşdırılması nazirlik üçün prioritet məsələ olaraq qalacaq”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...