tehsil_xeberleri_metn Musa Qasımlı: Bu Sərəncam ümumtəhsil məktəblərində sağlam rəqabət mühitini genişləndirəcək

Musa Qasımlı: Bu Sərəncam ümumtəhsil məktəblərində sağlam rəqabət mühitini genişləndirəcək

Musa Qasımlı: Bu Sərəncam ümumtəhsil məktəblərində sağlam rəqabət mühitini genişləndirəcək

Prezident İlham Əliyevin ölkəmizdə dövlət büdcəsindən maliyyələşən ümumtəhsil məktəblərində çalışan və diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin, məktəb direktorlarının, direktor müavinlərinin, eyni zamanda, hərbi hazırlıq müəllimlərinin maaşlarının 10 faiz artırılması barədə Sərəncam imzalaması böyük əhəmiyyət daşıyır.

BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu Sərəncam dövlətin təhsil işçilərinə, müəllimlərə qayğısını təzahür etdirir: “Bir daha sübut edir ki, dövlətimiz daim müəllimlərin, təhsil işçilərinin qayğısına qalır. Sərəncam ümumtəhsil məktəblərində sağlam rəqabət mühitini genişləndirəcək, diaqnostik qiymətləndirmədən keçməyə çalışan müəllimlərin sayı çoxalacaq. Beləliklə, onların da maaşları artacaq. Biz bu gün bir millət olaraq nəyə nail olmuşuqsa, müəllimlərimizə və təhsilimizə borcluyuq. Təhsil bizim millətimizin gələcəyidir. Ona görə də Prezident İlham Əliyevin bu Sərəncamını mən yüksək qiymətləndirirəm”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.