“Naxçıvan” Universitetinin bağlanmasına münasibət

“Naxçıvan” Universitetinin bağlanmasına münasibət

“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının (MR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

O bilidirib ki, elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə universitetin fəaliyyətinin dayandırması ilə bağlı müəyyən məlumat verib: "Naxçıvandakı ali təhsil müəssisələri Muxtar Respublikanın Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Həmin təhsil ocaqları birbaşa Elm və Təhsil Nazirliyinə tabedir. Adıçəkilən özəl universitetin bağlanması ilə bağlı məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək".

E.Nəcəfov ölkədə müəyyən özəl ali təhsil müəssisələrinin bağlanması və tələbələrin digər aidiyyəti yerlərə köçürülməsi təcrübəsinin olduğunu da diqqətə çatdırıb: "Böyük ehtimal həmin təcrübələr burada da tətbiq ediləcək".

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...