tehsil_xeberleri_metn Nazir müəllimlərin işə qəbulundakı yeniliklə bağlı narazılıqlara münasibət bildirib

Nazir müəllimlərin işə qəbulundakı yeniliklə bağlı narazılıqlara münasibət bildirib

Nazir müəllimlərin işə qəbulundakı yeniliklə bağlı narazılıqlara münasibət bildirib

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanlarında 4 səhv cavabın qarşılığında 1 düzgün cavabın silinməsi ilə bağlı dəyişikliklə əlaqədar narazılıqlara münasibət bildirib.

“Report”xəbər verir ki, o, bu yeniliyin bəzi müəllimlər arasında narazılığa səbəb olmasını normal hal kimi dəyərləndirib.

Nazirin fikirincə, bu yenilik imtahanda iştirak edəcək namizədlərin məsuliyyətini daha da artıracaq: “Bəzi hallarda suallarda səhvə görə cəza olmadıqda təəssüf ki, bəzən insanlar təsadüfi olaraq cavab tapmağa meylli olur. Hər dəfə həmin şəxs 20 % ehtimalla düz cavabı tapmaq lotoreyası oynayır. Biz isə bunun müəyyən mənada müəllim üçün düz olmadığını düşündük. Təhlillərimiz də göstərdi ki, bəzi hallarda müəyyən suallarda bu tipli ölçmə, qiymətləndirmə problemləri var. Misal olaraq, ola bilər sualın 5 cavabı var, namizəd 3 cavabdan birini təsadüfi seçir. Bu da düz deyil. Digər müsbət məqam, müəyyən balları tam ədədlə deyil, kəsir ədədlərlə görəcəyik. Bununla da eyni cür bal yığanların sayı azalacaq”.

E.Əmrullayev əlavə edib ki, dəyişiklik nəticəsində müəllimlərin yerləşdirilməsi halı da daha rahat olacaq.

Qeyd edək ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılıb. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...