tehsil_xeberleri_metn Ötən il Azərbaycan İlahiyyat İnstitutuna 68 tələbə qəbul olunub

Ötən il Azərbaycan İlahiyyat İnstitutuna 68 tələbə qəbul olunub

Ötən il Azərbaycan İlahiyyat İnstitutuna 68 tələbə qəbul olunub

2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun bakalavr səviyyəsinə 3-ü əcnəbi olmaqla, 68 tələbə qəbul olunub.

"Report"xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib.

Rektor qeyd edib ki, onlardan 33 tələbə “Dinşünaslıq”, 35 tələbə isə “İslamşünaslıq” ixtisasları üzrə təhsil alır.

2020/2021-ci tədris ilində tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilatçılığı ilə İnstitutda ingilis dili kursları, İnstitutun IV kurs tələbələri üçün Peşə hazırlığı kursu təşkil olunub. Hesabat dövründə İnstitut və “Alban-Udi Xristian” dini icmasının birgə təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbəsində “Alban-Udi Xristian” dini icması üçün xristianlıq tədris kursu fəaliyyətə başlayıb.

Xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə məlumat verən rektor bu məqsədilə İnstitut ilə Pakistan İslam Respublikasının Müsəlman İnstitutu arasında Anlaşma Memorandumu, Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalandığını vurğulayıb.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdikləri “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində İnstitutun 100-dək tələbəsi üçün təlim və infosessiyalar keçirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...