tehsil_xeberleri_metn Peşə məktəblərində direktorların, müavinlərinin, baş mühasiblərin və dərs hissə müdirlərinin maaşı artırılıb

Peşə məktəblərində direktorların, müavinlərinin, baş mühasiblərin və dərs hissə müdirlərinin maaşı artırılıb

Peşə məktəblərində direktorların, müavinlərinin, baş mühasiblərin və dərs hissə müdirlərinin maaşı artırılıb

Nazirlər Kabineti "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.

"Report"xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlətpeşətəhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı792manatdan 871 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı714manatdan 785 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı636manatdan 700 manata çatdırılıb.

Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarınınsxemi

Sıra №-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj

3 ilədək olduqda

pedaqoji staj

3 ildən

8 ilədək olduqda

pedaqoji staj

8 ildən

13 ilədək olduqda

pedaqoji staj

13 ildən

18 ilədək olduqda

pedaqoji staj

18 ildən çox olduqda

1.

Ali təhsilli

607

653

686

733

785

2.

Orta ixtisas təhsilli

554

587

607

647

700

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarınınsxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı

574

2.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı

627

3.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən çox əmək stajı

660

4.

Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı

700

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmışistehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarınınsxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı

(manatla)

1.

Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan

521

2.

Ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı

548

3.

Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı

574

4.

Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı

594

5.

Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq ixtisas üzrə əmək stajı

607

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərinçağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

477

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli,

pedaqoji stajı 5 ilə qədər

493

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

508

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

539

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmışfiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarınınsxemi

Sıra №-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Ali təhsilli, pedaqoji staja tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən az olmayaraq pedaqoji staj

415

2.

Ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj

443

3.

Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq pedaqoji staj

458

4.

Ali təhsilli, 8 ildən az olmayaraq pedaqoji staj

472

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...