tehsil_xeberleri_metn Qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur

Qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur

Qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında zal nəzarətçisi qismində iştirak etmək istəyənləri əməkdaşlığa dəvət edir.

Bu barədəAZƏRTAC-a DİM-dən məlumat verilib. İnstrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, musiqişünaslıq, bəstəkarlıq, dirijorluq, populyar musiqi və caz ifaçılığı, vokal sənəti ixtisasları üzrə ali təhsili, bu sahə üzrə iş təcrübəsi (pedaqoji və ya ifaçılıq) və sənədlərlə işləmək bacarığı olan şəxslər musiqi sənəti istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarında zal nəzarətçisi olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.

Musiqi sənəti istiqaməti üzrə imtahanlar iyun-avqust aylarında şənbə və bazar günləri daxil olmaqla həftə ərzində keçirilir. İmtahanlar gün ərzində 1 və ya 2 növbəli olur. Hər növbə üçün müvafiq əməkhaqqı ödənilir.

Nəzarətçinin vəzifələri:

- Abituriyentin sənədlərini yoxlamaq;

- İmtahan zalında nizam-intizam qaydalarını qorumaq;

- Videoçəkilişin aparılması üçün lazımi avadanlıqla işləmək;

- Abituriyentə verilən imtahan nəticəsi barəsində imtahan protokolunu doldurmaq.

Müraciət etmək istəyənlər anket formasını dolduraraqg.qulamova@dim.gov.azelektron poçt ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün namizədlər (012) 3105316 (daxili 1339) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.