tehsil_xeberleri_metn “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında olimpiada keçirilir

“Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında olimpiada keçirilir

“Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında olimpiada keçirilir

Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında olimpiada keçirilir.

AZƏRTACxəbər verir ki, olimpiadanın məqsədi şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onları Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır. Azərbaycançılıq ideyasında yeni səhifə açan Zəfərimizin qürurunu daim hiss etməli, işğaldan azad edilmiş ərazilərin bərpası üçün durmadan çalışmalıyıq. Milli mənsubiyyətimizin möhkəmləndirilməsində və onun daimi olmasında gənclərimizin iştirakı daha vacibdir. Bu istiqamətdə məktəblilərin də deyəsi sözü, nümayiş etdirəsi layihəsi var. Məhz elə bu səbəbdən də məktəblilər “Azərbaycanın gənc qurucuları” adlı ölkə üzrə ilk layihə əsaslı olimpiada iştirakçıları sırasına qoşulmağa dəvət edilir.

Olimpiadada iştirak şərtləri, layihə üçün meyarlar və tövsiyə olunan istiqamətlərlə bağlı ətraflı məlumatada.edu.az/olimpiadalinkində yerləşdirilib.

Layihələrin hazırlanması üçünhttps://karabakh.center/azresursundan istifadə olunmalıdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.