Qazilərinin universitetlərə qəbulu üçün güzəştlər

Qazilərinin universitetlərə qəbulu üçün güzəştlər

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

“Report”un məlumatına görə, o, komitənin bugünkü iclasında bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi:

“Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

B.Əliyev deyib ki, “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilərkən qazilər üçün hazırlıq qruplarında müəyyən kvotaların nəzərdə tutulması qaldırılmışdı: "Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olunduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar. Bu o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək? Xeyr. Sadəcə birillik hazırlıq müddətindəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlansınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələni Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...