“Qlobal Koreya” təqaüd proqramı elan edilib
Koreya 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Magistratura, doktorantura, eyni zamanda, tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Proqramda iştirak etmək istəyənlər martın 7-dək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.