tehsil_xeberleri_metn Sosial şəbəkədə məşhurlaşan gənc müəllim-Yerdə ulduzlar səhifəsi BU SƏBƏBDƏN yarandı-MÜSAHİBƏ

Sosial şəbəkədə məşhurlaşan gənc müəllim-Yerdə ulduzlar səhifəsi BU SƏBƏBDƏN yarandı-MÜSAHİBƏ

Sosial şəbəkədə məşhurlaşan gənc müəllim-Yerdə ulduzlar səhifəsi BU SƏBƏBDƏN yarandı-MÜSAHİBƏ

“Şagirdlərimin valideyn və yaxınlarının mobil telefonu yoxdur”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındason zamanlar sosial şəbəkədə şagirdləri ilə çəkdiyi videolarla məşhurlaşan Lənkəran rayon ucqar Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadədeyib.

Belə ki, bu gün Lənkərana səfər edən Təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.

Nazir təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.

O, həmçinin, son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

Leyla Qarazadə öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.

Gəlin, həmin müəllimi yaxından tanıyaq:

Leyla Qarazadə 23 yaşındadır. O, Lənkəran rayonu Zövlə kəndində anadan olub. Həmin bölgənin tam orta məktəbini bitirdikdən sonra 9 illik təhsil bazasından Lənkəran Dövlət Humanitar Kollecinə daxil olub. 2017-ci ildə bu təhsil müəssisəsini bitirib. 2018-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək Lənkəran rayon Jidi dağ kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil imtahanlarında iştirak edərək Lənkəran rayon Gərgiran kənd tam orta məktəbində icma əsaslı məktəbəqədər təhsildə qrup rəhbəri olaraq çalışmağa başlayıb.

Leyla xanım sosial şəbəkədə səhifə açmaq fikrinin necə yarandığından söhbət açıb:

“Təyinatla məktəbə yeni gəldiyim zamanlar şagirdlərimlə şəkil çəkdirməyə başladım. Onlar mənə dedilər ki, müəllim bu şəkilləri saxlayarsız, böyüdüyümüz vaxt bizə göndərərsiz. Bu, mənə çox pis təsir etdi, çünki onların valideyn və yaxınlarının telefonu yoxdur ki, şəkilləri onlara yönəldim. Özüm arxiv yaratdım ki, bu şəkilləri nə zamansa uşaqlara göndərəcəm. Daha sonra dərsdə olan maraqlı anaları öz vaccap statusumda paylaşmağı qərara aldım. Bunları görən bir çox müəllim və ətrafımda olan insanlar mənə məsləhət gördü ki, özümə səhifə açım. Onlar mənə dedilər ki, sən bu yolla çox müəllimə motivasiya ola bilərsən. Həmin vasitə ilə bir çox müəllim kənd məktəbini seçə bilər və orada olan şagirdlərin təhsil alamq imkanı yaranar. 4 ildir, bu məktəbdə fəaliyyət göstərirəm. 2021-ci ildən etibarən şagirdlərimlə olan maraqlı anları paylaşmaq üçün səhifə açmağa qərar verdim. Uşaqlara dedim ki, istədiyiniz zaman öz şəkillərinizə baxa bilərsiz. Onlar çox sevindilər və dedilər ki, böyüyüb ali təhsil aldığımız zaman bu şəkilləri ətrafımızdakı insanlara göstərəcəyik. Sonra isə ardıcıl olaraq gündəlik paylaşımlarımı etməyə qərar verdim. Səhifəmdə hazırda 130-dan çox video var. Burada dərs metodları və şagirdlərlə işləmə üsulllarını paylaşıram. Son videolarım isə daha çox marağa səbəb oldu. Çünki bu paylaşımlarda sevgidən bəhs edirdim. Belə ki, dünyanı sevgi xilas edəcək, bunun şagirdlər üçün də müsbət təsiri oldu, onlar məndən soruşurlar ki, Bakıdan bizi tanıyırlar. Bu, onlara çox qəribə və maraqlı gəlir. Onlar bəzən də özlərini məşhur hesab edirlər. Hər zaman şagirdlərimə deyirəm ki, siz müəllimin ulduzlarısız. Bir növ də bu isbatlandı ki, onlar, həqiqətən də, məşhurdular. Videoları həftədə iki-üç dəfə çəkirəm. Şagirdlərim artıq çəkiliş prosesi və telefona öyrəşiblər. Bu, onlar üçün heç bir problem törətmir. Onlar hər çəkilişdən sonra mənə deyirlər ki, necə göründüyümüzü bilmək istəyirik. Hətta onların valideynləri ilə danışmışıq ki, sonradan heç bir narazılıq olmasın. Hətta valideynlər sevinirlər ki, bizim övladlarımızı məşhur etmisiz”.

Həmçinin, Leyla Qarazadə təhsil nazirinin onların sinifinə olan ziyarətindən söz açıb:

“Emin Əmrullayevin sinifimizi ziyarət etməsi olduqca gözlənilməz oldu. Çünki mənim peşə və vicdan borcumdur ki, dərslərimi məsuliyyətlə keçim. Həmçinin, onu maraqlı şəkildə tədris edim. Bizim öncədən bu videoları çəkməklə cənab nazirin diqqətini çəkmək kimi niyyətimiz yox idi. Emin Əmrullayev sinifimizə gələn zaman şagirdlər çox sevindilər, onlar nazirlə görüşərək onu tanımaq şansı əldə etdilər. Onlara arasında çox səmimi söhbət oldu. Şagirdlər şeir hazırlamışdılar və onu səsləndirdilər.

Həmçinin, nazir dərs prosesində də iştirak etdi. Daha sonra uşaqlarla sağollaşaraq onlara arzu və diləklərini çatdırdı. O, ucqar kəndlərdə çalışan və işini həvəslə yerinə yetirən bütün müəllimlərə təşəkkür etdi. Həmişə bizim üzərimizdə diqqətinin olduğunu bildirdi. Sonra isə onunla xatirə şəkli çəkdirdik. Bu, mənim üçün çox xoş xatirələrlə yadda qaldı. Çünki mən ilk dəfə şagirdlərimin qarşısında tərif eşitdim. Həmişə mən onları tərifləyirdim, bu dəfə isə onlar məni təriflədi. Bu, mənim üçün çox böyük qürurdur”.

Müəllim gələcək hədəflərinin nə olduğu barədə də məlumat verib:

“Hələ ki, MİQ-ə vermək kimi planım yoxdur. Lakin gələcəyi bilmirəm, baş verən hadisələrə uyğun olaraq addımlar atacam. Çalışıram ki, burada olduğum müddətdə vəzifə borclarımın hamısını yerinə yetirim. Buradan çıxsam belə cani-könüldən ayrılmaq istəyirəm. Bir sinifimin buraxılışı olub, bu, mənim ikinci sinifimdir. Bir sinifi təhvil vermədən harasa getmək şagirdlərin psixologiyası üçün düzgün seçim olmaz. Həmçinin, bu mənim üçün də xoş deyil. Əgər şagirdlər mənim üslubuma və müəllim fəaliyyətimə öyrəşiblərsə, onları atıb getməyim düzgün qərar olmazdı. Həftənin birinci günü işə gəlirəm, beşinci gün isə öz kəndimə qayıdıram. Bunun da bir az çətinlikləri var. Marşurut xəttinin olmaması və maşınların az gəlib-getməsi mənə çətinliklər yaradır. Məktəb ailəm və sevgi ocağımdır, ona görə də bu çətinliklər mənə görünməz gəlir”.

Həmçinin, gənc müəllim həımkarlarına uğurlar arzulayıb:

“Bizim xəbərimiz olmadan peşəsini vicdanla yerinə yetirən müəllimlərin sayı çoxdur. Mənim bu şəkildə tanınmağım digər müəllimlərin geridə qalmasına dəlalət etmir. Ətrafımda elə müəllimlər olub ki, onlara dəstək olmuşam, çünki pisi göstərməkdənsə, yaxşını önə çəkmək lazımdır. Uşaqlarla işləyərkən onların yaxşı tərəflərini vurğulamaq vacibdir. Uşaq dünyası çox qəribədir, o, özünü harada xoşbəxt və önəmli hiss edirsə, orada rahatlıq tapacaq. Onlara qəzəblə davrandıqda şagird dərsdən heç nə anlamayacaq və əldə etməyəcək, qazanacağı isə sadəcə məcburiyyət olacaq. Məncə sevgi yolu ilə anlaşsaq, çox gözəl nəticələr əldə edə biləcəyik. Çünki hər şeyin təməli sevgidir. Şagirdlər ağ vərəqdir. Biz orada bir ürək çəksək, yenə də orada ürək görəcəyik, lakin qəzəb və hirs çəksək, onu bizə qaytaracaqlar. Biz müəllimlər öz sevgimizlə şagirdlərin dünyasını boyaya bilərik. Bu şəkildə biz həm də cəmiyyəti müxtəlif rənglərə boyayacayıq. Arzu edirəm ki, bütün müəllimlər əl-ələ verərək dünyanı boyaya bilsin. Vicdanı ilə öz peşəsini yerinə yetirən bütün müəllimlərə təşəkkürümü bildiriəm”.

Qeyd edək ki, müəllimin instagram səhifəsinin adı yerde_ulduzlar-dır.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.