STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub

STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub

STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub.

Elm və Təhsil NazirliyindənAZƏRTAC-a bildirilib ki, infoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılara əvvəlcə mərkəz barədə məlumat verilib. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan STEAM İnnovasiya Mərkəzinin məqsədi şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.

Qonaqlar mərkəzdə ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma” və digər məkanlarla tanış olublar.

İnfotur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......