Şuşa inzibati rayonunun coğrafiyası kitabının təqdimatı olub
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda "Şuşa inzibati rayonunun coğrafiyası: təbii şəraiti və sosial-iqtisadi inkişaf potensialı" kitabının təqdimatı olub.
Bu barədə"Report"a İnstitutdan məlumat verilib.
Qarabağın inzibati rayonları arasında özünəməxsusluğu ilə fərqlənən Şuşa rayonunun coğrafıyasına həsr edilmiş kitabda onun fiziki və iqtisadi coğrafiyası, toponimiyası, demoqrafik inkişaf potensialı, turizmin inkişaf yollan haqqında məlumatlar toplanıb, onların idarə edilməsi imkanları təhlil olunub.
12 fəsildən ibarət kitabın hər fəsli haqqında ayrı-ayrılıqda müfəssəl məlumat verən İnstitut rəhbəri aparılan təhlillərin Şuşa inzibati rayonunun öyrənilməsi, onun sosial-iqtisadi, mədəni inkişaf yollarının müəyyən edilməsi üçün əhəmiyyətli mənbə olacağını diqqətə çatdırıb.