tehsil_xeberleri_metn Təhsil idarəçiləri üçün seminar təşkil olunub-BŞTİ

Təhsil idarəçiləri üçün seminar təşkil olunub-BŞTİ

Təhsil idarəçiləri üçün seminar təşkil olunub-BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsil idarəçilərinin inkişafı seminarı keçirilib.

AzEdu.azxəbər verir ki, seminarda BŞTİ-nin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Tural Hətəmov təhsil idarəçilərinin Türkiyənin İzmir şəhərinə təlim səfəri və təhsil idarəçilərinin inkişafı seminarının təşkilinin məqsədləri barədə ətraflı məlumat verib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təlim səfərinin və seminarın təşkilinin əhəmiyyəti barədə danışıb. Yeni təyin olunmuş direktorların məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin faydalı olduğunu diqqətə çatdırıb. Mehriban Vəliyeva, eyni zamanda, tədrisin təşkili, valideyn-məktəb əməkdaşlığı, uşaqlara fərdi yanaşma, yeni nəsillərin tələb və ehtiyaclarının düzgün dəyərləndirilməsi mövzularına da toxunub.

Seminarda Türkiyənin İzmir şəhərinə təlim səfərində iştirak edən məktəb direktorları “Anlaşmazlığın idarə edilməsi”, “Pedaqoji etika”, “Strateji planlaşma”, “Fasilə”, “Liderlik”, “Protokol qaydaları” və “Ünsiyyət” mövzularında yeni təyin olunmuş məktəb rəhbərləri qarşısında təqdimatlarla çıxış ediblər.

Bundan əlavə, seminarda məktəb mühiti, münasibətlərin tənzimlənməsi, maraqların toqquşmasından irəli gələn vəziyyətdə davranış, pedaqoji etika, strateji planlaşdırma, liderlik, protokol qaydaları, qarşılıqlı ünsiyyət, məktəb-valideyn əməkdaşlığı və digər maraqlı mövzular ətrafında da müzakirələr aparılıb.

Daha sonra təlim səfərində iştirak etmiş nümayəndə heyəti İzmir Təhsil İdarəsinin xatirə hədiyyəsini BŞTİ-nin müdiri Mehriban Vəliyevaya təqdim edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...