tehsil_xeberleri_metn Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən"Report"a verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

"25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, "WhatsApp messenger" üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767,portal.edu.azvasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub", - nazirlikdən bildirilib.

Müraciətlərin qəbulu davam edir.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...