tehsil_xeberleri_metn Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib VİDEO

Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib VİDEO

Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib VİDEO

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıb.

Bu barədəAzEdu.az-a Təhsil Nazirliyindən bildirilib.

Nazir deyib: “Hörmətli gənclər, Azərbaycan hazırda öz inkişafının çox önəmli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizdə köklü yenidənqurma və bərpa işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş torpaqlarımızın və həmin torpaqlarda yaşayışın bərpası, o cümlədən, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün insan amili müstəsna rol daşıyır. Düşünürəm ki, istedadlı və bacarıqlı insanların ölkəmizdə idarəetməyə cəlb edilməsi ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır. Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Yüksəliş” müsabiqəsi Azərbaycan gənclərinə böyük imkanlar və fürsətlər yaradır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilmişdir. Xüsusilə, Azərbaycanın təhsil sisteminə öz töhfələrini vermiş müəllimlər, gənc mütəxəssislər və tədqiqatçılarımız, öz təhsilini xaricdə başa vurmuş və ya təhsilini xaricdə davam etdirən gənclərimiz üçün “Yüksəliş” müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu dəyərli fürsətdən istifadə etməyə və “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıram”.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.