Təhsil proqramları Boloniya sisteminin tələblərinə uyğunlaşdırılır
Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil proqramlarının Boloniya sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.
AzTU-danAZƏRTAC-a bildirilib ki, bu məqsədlə magistratura səviyyəsində kibertəhlükəsizlik və enerji menecmenti sahələri üzrə yeni məzmun hazırlanıb və tətbiq edilir.