tehsil_xeberleri_metn “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

Paytaxtın 53 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTACxəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilati dəstəyi ilə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbi tərəfindən icra olunub.

İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 nömrəli məktəblərindən 30 şagird dörd ay ərzində layihə çərçivəsində yaradılan “İncəsənət dərnəyi”nin məşğələlərində iştirak edib. Bu dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial videoçarxların hazırlanmasına şərait yaradıb.

Tədbirdə dərnək iştirakçıları tərəfindən Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...