Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı hər hansı qayda dəyişikliyi və ya yeniliyin tətbiq edilməsi məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır, beynəlxalq təhlillər edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

Qeyd edilib ki, Fonda ümumi rəhbərlik Himayəçilik Şurası tərəfindən həyata keçirilir.

"İldə bir neç dəfə Şuranın iclası keçirilir. Bu iclaslarda yeni təkliflər səsləndirilir, müzakirə olunur və qərarlar qəbul edilir. Yalnız bundan sonra Qaydalara əlavə və dəyişikliklər edilir. Qeyd olunan məsələ və ya digər yeniliklərlə bağlı hər hansı rəsmi qərar olarsa və qaydalara dəyişiklik edilərsə, ictimaiyyətə məlumat veriləcək.

Bu günə kimi Fonda 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.
Yeni tədris ilində, yəni 2024-2025-ci tədris ilinin başlanğıcında elektron portala 7600-dən çox müraciət daxilolub, təqribən 4700 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib. Digər müraciətlər hazırda emal prosesindədir. Hal-hazırda da tələbələr TTK-ya müraciət edir. Tələbələr payız semestrinin sonuna kimi e-ttkf.edu.az portal vasitəsilə kredit üçün müraciət edə bilərlər",- deyə əlavə edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......
NoNo
............article_metn