Torpaqşünas alimlər “Böyük Qayıdış” proqramı çərçivəsində reallaşdırılan layihədə iştirak edəcəklər
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “En Pro Sol” MMC-nin direktoru Nemət Məmmədov və “Toprak iş mühendislik müşavirlik sanayi ve ticaret.LTD” şirkətinin nümayəndəsi İbrahim Kaya ilə görüş keçirilib.
Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Görüşdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bildirib ki, Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən layihənin icrasının lazımi səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtibi nəzərdə tutulub.
Görüş zamanı tərəflər arasında bağlanmış müqavilə əsasında Ağdam və Füzuli rayonlarının ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq aparılacaq.