tehsil_xeberleri_metn Turin Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində

Turin Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində

Turin Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində

ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində mühəndislik üzrə akademik proqramları təsis etmək üçün ilkin araşdırma aparılıb

Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor David Kiaramontinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində mühəndislik üzrə akademik proqramları təsis etmək üçün ilkin araşdırma aparmaq olub.

Bu barədəAZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Səfər boyunca rektor Hafiz Paşayevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının strateji sektorları və yüksək tələbat olan sahələri üzrə akademik proqramların yaradılması barədə müzakirələr aparılıb. Nümayəndə heyəti kənd təsərrüfatı naziri İnam Kərimovla yüksək səviyyəli məşvərət aparıb. Habelə energetika nazirinin müavini Elnur Soltanov, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə dəyirmi masa keçirib. Nümayəndə heyəti İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə də görüşüb və əməkdaşlığın çərçivəsini müzakirə edib.

Eyni zamanda, bu akademik proqramların yerli əmək bazarının texnoloji və mühəndislik ehtiyacına uyğunlaşdırılması üçün kənd təsərrüfatı, elektrik mühəndisliyi və su mənbələrinin idarə olunması sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə də məşvərətlər aparılıb. Bundan əlavə, “Azərenerjinin” dəstəyi ilə elektrik yarımstansiyasına və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tədqiqat institutuna səfərlər edilib.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupun rəhbəri Qalib Məmməd bildirib ki, Turin Politexnik Universiteti ilə əməkdaşlıq texnologiya və mühəndislik sahəsində sıçrayışa səbəb olacaq, yüksək tələbatlı sahələrdə mütəxəssislərin yetişməsinə yardım edəcək, ADA Universitetində tədqiqat infrastrukturunun qurulmasına və mühəndislik üzrə araşdırmaçı və akademik heyətin yetişməsinə töhfə verəcəkdir. Bu əməkdaşlıq çərçivəsində təsis ediləcək akademik proqramlara elektrik, bərpa olunan enerji və kənd təsərrüfatı mühəndisliyi, aqromühəndislik, hidravlika mühəndisliyi, su resurslarının idarə olunması kimi proqramlar daxildir. Bu proqramlar Turin Politexnik Universiteti ilə bərabər tədris olunacaqdır.

Nümayəndə heyətinin rəhbəri David Kiaramonti bildirib ki, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti ilə əməkdaşlıq Turin Politexnik Universiteti üçün strateji əhəmiyyət daşıyır. Dörd gün davam edən bu səfərdə universitetin böyük nümayəndə heyəti ilə təmsil olunması buna sübutdur. İlkin araşdırma çərçivəsində aparılan intensiv və məhsuldar müzakirələr həm təhsil, həm də tədqiqat sahəsində növbəti illər üzrə fəaliyyət istiqamətlərini müəyyən edib.

Turin Politexnik Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universitetindən sonra ilkin araşdırma məqsədilə Azərbaycana səfər edən üçüncü İtaliya universitetidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...