tehsil_xeberleri_metn UNEC-də "Oxu mədəniyyəti" layihəsinə start verilib - Təhsil xəbərləri

UNEC-də "Oxu mədəniyyəti" layihəsinə start verilib

UNEC-də Oxu mədəniyyəti

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində “Oxu mədəniyyəti” layihəsinə start verilib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov ölkənin sevilən və seçilən ziyalıları ilə görüşün universitet həyatında özünəməxsus yeri olduğunu bildirib. Rektor “Heydər Əliyev İli” çərçivəsində gənclərin mütaliəyə marağının artırılması və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə universitetdə “Oxu mədəniyyəti”nə həsr olunan müxtəlif məzmunlu tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Ə.Muradov cəmiyyətə kitab oxumağı aşılamağın vacibliyindən danışıb: “Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan şəxsiyyətləri məhz mədəniyyət yetişdirir. Universitet isə bilik və elm verir, şəxsiyyət yetişdirmir. Bu gün “Z” nəslinə kitab oxumağı aşılamaq üçün kitabların dizaynında, çapında həmin nəslin zövqü və marağı nəzərə alınmalıdır”, - deyə Ə.Muradov bildirib.

UNEC-də biri 24/7 olmaqla, 5 kitabxananın fəaliyyət göstərdiyini deyən rektor kitab fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan istifadənin 84 faiz, elektron kitabxanadan istifadənin 47 faiz, kitab dövriyyəsinin isə 190 faiz artdığını qeyd edib.

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva dünya ölkələri üzrə oxu statistikası, mütaliənin faydaları barədə maraqlı təqdimatla çıxış edib. Həmçinin UNEC kitabxanalarından istifadə üzrə statistikanı açıqlayıb.

Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov kitab çapında gənclərin maraqlarının və tələblərinin nəzərə almasının vacibliyindən danışıb. Ölkə üzrə mütaliə statistikasının aparılması üçün universitetlərin, ziyalıların dəstəyinə ehtiyac olduğunu bildirib.

Milli Məclisin deputatı Etibar Məmmədov gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin böyük təsiri olduğunu qeyd edib. Tələbələrə biliklə yanaşı, oxu mədəniyyətinin aşılanmasının, onların tədqiqata cəlb edilməsinin universitetlərin əsas missiyalarından olduğunu deyib. Tədbirlər planının əhəmiyyətini vurğulayan deputat şəxsi kitabxanasından 80 kitabı universitetə hədiyyə etdiyini bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid mütaliənin insanların söz bazasının zənginləşməsi, özgüvəninin artması, natiqlik bacarığının formalaşması istiqamətində qazandırdığı üstünlüklərdən danışıb.

Tanınmış yazıçı Seyran Səxavət kitaba sevginin aşılanmasında ailənin rolundan söz açıb.

Milli Məclisin deputatı Nizami Cəfərov hər bir Azərbaycan gəncinin dahi şairlərimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin əsərlərini oxumalı olduğunu bildirib, tələbələrin mütaliəyə marağını artırmaq üçün universitetlərdə fundamental dərsliklərin hazırlanmalı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Fazil Mustafa mütaliə ilə bağlı şəxsi təcrübəsini iştirakçılarla bölüşüb. Oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu yeni nəsil yazıçı, bəstəkar, iqtisadçı, ümumilikdə bütün sahələrdə təmsil olunan nümayəndələrin bir araya gələrək, müzakirələr aparmasının önəmindən danışıb.

Professor Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin kitaba verdiyi dəyərdən danışıb, bununla bağlı xatirələrini bölüşüb. Oxu mədəniyyətinin formalaşmasında texnoloji yanaşmaya ehtiyac olduğunu diqqətə çatdıran professor XXI əsr universitetlərinin bu istiqamətdə töhfələr verə biləcəyini vurğulayıb.

Dünyada 78 mədəniyyət dilinin mövcudluğundan danışan gənc şair Aqşin Yenisey yazıçı və oxucunun kimliyinin önəmli faktorlardan olduğunu bildirərək, oxuculara dünyaya kitabdan baxmağı aşılamağın vacibliyini qeyd edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...