UNEC-in 500-ə yaxın əməkdaşı “Soft Skills” təlimləri üzrə sertifikat əldə edib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Soft skills” (Yumşaq bacarıqlar) təlimlərini uğurla bitirən müəllim və əməkdaşlara sertifikatlar təqdim edilib.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli layihə barədə məlumat verib. Qeyd edib ki, təlimlər İsraildə UNEC müəllimləri tərəfindən 4 modul üzrə aparılıb. “Vaxtın idarə edilməsi bacarığı”, “Ünsiyyət bacarığı”, “Komandada əməkdaşlıq bacarığı”, “Problemlərin həlli” üzrə təşkil olunan təlimləri 194 nəfər akademik, 278 nəfər inzibati heyət uğurla başa vurub.
Rektor professor Ədalət Muradov müəllimlərin beynəlxalq təcrübə əsasında əldə etdikləri bilik və bacarıqların tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən əminliyini ifadə edib. O, müəllimlərin tədris etdikləri fənn üzrə müasir bilik və bacarıqlara sahib olmalarının əhəmiyyətindən danışıb. “Yumşaq bacarıqlar”ın davamı olaraq, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması ilə bağlı təlimlərə yaxın zamanda start veriləcəyini deyib.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.