tehsil_xeberleri_metn UNEC-in treninq keçmiş tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər

UNEC-in treninq keçmiş tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər

UNEC-in treninq keçmiş tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) Palatada treninqlər keçmək hüququ qazanmış tələbələri ilə görüşüb.

UNEC-dənAZƏRTAC-a verilən məlumata görə, rektor Ədalət Muradov görüş iştirakçılarının diqqətinə çatdırıb ki, məzunların iş ilə təmin edilməsi ali məktəbin əsas keyfiyyət göstəricilərindən biridir. O qeyd edib ki, əməyin qiymətləndirilməsində əməkhaqqı səviyyəsi mühüm rol oynayır. Sürətlə dəyişməkdə olan dünyada tələbələrə yumşaq və sərt vərdişlər aşılamağın əhəmiyyətindən söhbət açan rektor qeyd edib ki, UNEC-də bu istiqamətdə fənlər tədris edilir.

Ədalət Muradov vurğulayıb ki, işəgötürənlərin işçilər tapmaq üçün UNEC-ə müraciət etməsi ilk addımdır. Bu təşəbbüsə görə qürur keçirdiyini qeyd edən rektor əmin olduğunu bildirib ki, “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə yüksək göstəricilərə nail olmuş 42 tələbənin Hesablama Palatasında treninqlər və təcrübə keçməsi hər iki tərəf üçün faydalı olacaq.

Özü də UNEC-in məzunu olan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, ölkənin aparıcı universitetlərindən biri olan UNEC-də ali təhsilin keyfiyyət göstəriciləri ən yüksək səviyyədədir. Palatanın sədri işəgötürənlər tərəfindən məzunların bilik və qabiliyyətlərinə təqdim edilən tələblər haqqında söhbət açaraq vurğulayıb ki, ölkəmizdə maliyyə uçotu və audit sahəsində peşəkar mütəxəssislər azdır.

UNEC ilə Hesablama Palatası arasında imzalanmış Memorandum çərçivəsində dövlət auditi sahəsində peşəkar kadrların hazırlanması məqsədilə 12 proqram üzrə treninqlərə start verildiyini bildirən Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, treninqləri uğurla başa çatdıran UNEC tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər.

Sonra Hesablama Palatasının nümayəndələri bu qurumun fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.