Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonalarını ziyarət edib, müxtəlif proqramlaşdırma dillərinin tətbiqi ilə müasir İKT avadanlıqları barədə məlumat alıblar.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Uşaq Səfirlər Məclisinin əhəmiyyəti barədə danışıb. Bildirib ki, təhsil aldıqları məktəbin səlahiyyətli nümayəndəsi olan şagirdlər daşıdıqları bu vəzifə ilə özlərini müstəqil ifadəetmə bacarığı, idarəetmə mədəniyyətinin formalaşması kimi vərdişlərə yiyələnirlər. İdarə müdiri yeni dövrün çağırışlarında bu keyfiyyətlərin böyük rol oynadığını bildirərək qeyd edib ki, XXI əsr bacarıqlarını məktəb illərindən uşaqlara aşılamaq və onların gələcək uğurlarına dəstək olmaq əsas vəzifələrimizdəndir. Gələcəyin təşəbbüskar, yaradıcı, innovativ düşüncəli gənclərlə qurulduğunu diqqətə çatdıran M.Vəliyeva dövlətin, eləcə də Elm və Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü işləri diqqətə çatdırıb. Son illərdə rəqəmsal bacarıqların formalaşdırılması məqsədilə STEAM mərkəzlərinin yaradılmasını, “Sabahın alimləri” müsabiqəsinin şagirdlərin tədqiqat istiqamətində inkişafına töhfə verməklə yanaşı, onların ölkəmizi dünya arenasında təmsil etməsinə geniş imkanlar açdığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Uşaq Səfirlər Məclisinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, əsas məqsəd uşaq hüquqlarının qorunması istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların əlaqələndirilməsi və əməkdaşlığın artırılmasında fəal iştirak etməkdir. Komitə nümayəndəsi uşaq səfirlərin bu vəzifələrlə yanaşı innovativ düşüncə və təşəbbüslər, müasir bilik və bacarıqlar barədə məktəb yoldaşları arasında təbliğat işində də fəallıq göstərdiklərini diqqətə çatdırıb.

Sonra Uşaq Səfirlər Məclisinin üzvləri dinlənilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri düşündürən suallara aydınlıq gətirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

Bu il universitetlərə qəbul balları artacaq

Bu il universitetlərə qəbul balları artacaq

Qəbul imtahanlarının vaxtı açıqlanmamışdan əvvəl bu il qəbul ballarının artacağı ilə bağlı yayılan proqnozlar müxtəlif amillərə əsaslanır. Bu artım ehtimalını qiymətləndirmək üçün təkcə cari vəziyyəti deyil, həm də qlobal təcrübələri nəzərə alaraq...