Xaricdə təhsillə bağlı Dövlət Proqramı 186 universiteti əhatə edəcək
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” 186 universiteti əhatə edəcək
“Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 28 ölkənin 186 universitetində 575 bakalavr və 3 551 magistr üçün ümumilikdə 4 126 təhsil proqramı var: "Artıq dövlət proqramı üzrə elanlar sayta yerləşdirilib".