tehsil_xeberleri_metn “Xeyriyyəçilik ənənəsinin memarı” – məktəbdə tədbir

“Xeyriyyəçilik ənənəsinin memarı” – məktəbdə tədbir

“Xeyriyyəçilik ənənəsinin memarı” – məktəbdə tədbir

Paytaxt Bakıdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, əvvəl qonaqlar məktəbin həyətyanı sahəsində yerləşən H.Z.Tağıyevin abidəsini, iki türk əsgərinin məzarını və altı şəhid məzunun şərəfinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

123 nömrəli tam orta məktəbin direktoru Sevinc Mustafayeva H.Z.Tağıyevin adını daşıyan təhsil ocağının yaranma tarixi barədə danışıb. Bildirib ki, 1894-cü il sentyabrın 27-də Bakının Mərdəkan qəsəbəsində H.Z.Tağıyev tərəfindən məktəb tikilib. Bu təhsil ocağı əvvəlcə imkanı zəif olan şagirdlər üçün ikisinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin bu gün hər kəsə, eləcə də şagirdlərimizə bir nümunə olduğunu diqqətə çatdırıb. O, H.Z.Tağıyevin 1901-ci ildə Bakıda ilk Qızlar Məktəbi tikdirməsindən bəhs edib, bu təhsil ocağını yaratmaqla onun dünyəvi müsəlman qadın təhsilinin təməlini qoyan böyük maarifçi kimi tarixdə qaldığını söyləyib. Qeyd edib ki, bu gün də qızların təhsildən yayındırılmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil idarəsinin əsas prioritetlərindəndir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva məşhur mesenat H.Z.Tağıyevin təşəbbüsü, dəstəyi, bir çox hallarda bilavasitə maliyyələşdirməsi ilə ölkəmizdə bir çox önəmli layihələrin həyata keçirilməsindən bəhs edib. Həmçinin Tağıyevin təhsillə bağlı özəl təşəbbüslərinin yalnız paytaxt Bakı ilə məhdudlaşmadığını, yüzlərlə azərbaycanlı gəncin Avropanın aparıcı ali təhsil ocaqlarına oxumağa göndərməsini də qeyd edib.

Digər çıxış edənlər H.Z.Tağıyevin özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoyduğunu və bu gün də bundan bir çoxlarının örnək aldığını diqqətə çatdırıblar.

Daha sonra şagirdlərin ifasında “Hacı Zeynalabdin Tağıyevin həyat kitabından səhifələr” mövzusunda hekayələr səsləndirilib. Sonda Qənirə Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...