tehsil_xeberleri_metn XİN-də işə qəbul imtahanının nəticələri elan olunub

XİN-də işə qəbul imtahanının nəticələri elan olunub

XİN-də işə qəbul imtahanının nəticələri elan olunub

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri elan olunub.

"Report"xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri iləDİM-in internet saytındatanış ola bilərlər.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 460 nəfər iştirak edib.

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı üç hissədən ibarət olub – test imtahanı, Azərbaycan dilində esse və seçilən xarici dildə esse. Hər bir hissə üzrə imtahanın nəticələri 100 ballıq şkalada qiymətləndirilib və bütövlükdə toplanıla bilən maksimal bal 300-ə bərabər olub. İmtahanın nəticəsinə əsasən, namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 10 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 8-9 fevral tarixlərində DİM-in internet saytında yerləşdiriləcəkelektron ərizənidoldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.