tehsil_xeberleri_metn Yaşı 65-i keçən müəllimlər də işdən çıxarılacaq?

Yaşı 65-i keçən müəllimlər də işdən çıxarılacaq?

Yaşı 65-i keçən müəllimlər də işdən çıxarılacaq?

Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadantəqaüdə göndərilir.Belə ki, bir çox qurumlardövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması məqsədilə pensiya yaşına çatmış kadrlarla yollarını ayırır.

Bundan öncəki dövrdətəcrübəli kadrların işə davam etməsiüçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Hazırda bu tendensiya nisbətən aradan qaldırılır, nəticədə gənclərə yeni iş imkanları yaradılır.

Mövcud tapşırıqların təhsil müəssisələri ilə bağlı da veriləcəyi gözlənilir. Məlum olduğu kimi, bu ildən orta məktəbdə çalışan müəllimlərin sertifikasiyası üzrə imtahanlarkeçiriləcək və 65 yaşa qədər şəxslərin sertifikasiyada iştirakı nəzərdə tutulub. 65 yaşdan yuxarı müəllimlər isə könüllü şəkildə sertifikasiyada iştirak edə bilərlər. Amma bu müzakirələrdə iddia olunan məqamlardan biri də sertifikasiyadan keçə bilməyən müəllimlərin işdə saxlanmayacağıdır. Belə olan halda 65 yaşdan yuxarı şəxslər, öz üzərində işləməyən və imtahandan keçə bilməyən müəllimlər pensiyaya çıxmağa məcbur olacaqlar.

Bütün təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan müəllimlərin pensiyaya göndərilməsi mümkündürmü?

Mövzu ilə bağlıdanışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvüEtibar Əliyevdüşünür ki, orta məktəb müəllimlərinə belə qərar tətbiq edilsə, bu, müvafiq olaraqali məktəblərdə çalışanlara da şamil olunmalıdır.

Deputatın fikrincə, bəzi universitetlərdə ötən əsrin 70-80-ci illərindən bəri kafedra müdiri olan şəxslər çalışır:

“Təxminən42-45 ildir bu vəzifələri tutan adamlar var ki, getmək istəmirlər. Onlar əvəzolunmaz şəxs kimi qəbul olunurlar. Bəlkə də, özləri bilərəkdən mütəxəssis, yeni kadr hazırlığına imkan verməyiblər ki, onların yerinə göz dikən də olmasın. Amma orta məktəb müəllimi 65 yaşı varsa, yaxşı müəllim kimi özünü doğruldubsa, onu kənarlaşdırmaq olmaz. Ola bilər, seçimdə subyektivliyə yol verilsin. Keyfiyyət ölçüləri, müəllimin dərsinə qiymət verilməsi vacibdir. Başqa tərəfdən yaxşı müəllimlərin yetişməsində müəyyən arakəsmələr olub. Məsələn, bir dövrdə çoxlu yaxşı müəllim yetişib, amma növbəti dönəmdə bu, davam etməyib. Ona görə dəyaxşı müəllimlərin nə qədər çox olmasını diqqətə almaq mütləqdir”.

Etibar Əliyev onu da qeyd edib ki, müəllimlərin pensiyaya göndərilməsi ilə bağlı qərar olarsa, ölkə ərazisində bütün təhsil müəssisələrinə şamil edilməlidir. Məsələn, Gəncədə, yaxud Bakıda belə addım atıb, digər bölgələrdə buna diqqət etməmək düzgün deyil:

“1981-ci ildə yapon kimyaçısı Keniçi Fukui Nobel mükafatı alıb. Həmin vaxt onun 62 yaşı var idi. K.Fukui müsahibələrinin birində deyib ki, Nobel aldığıma sevinirəm, amma işlədiyim universitetdən ayrılacağıma görə kədərliyəm. Fikir verirsiniz, universitet onu saxlaya bilərdi, ancaq Nobel mükafatı alan alimi belə təqaüdə göndəriblər.

Avropada, Amerikada universitetlərdə 80-90 yaşında məsləhətçilər çalışır. Sadəcə, onlar daim öz üzərində işləyirlər. Bizdə də belə olmalıdır. Müəllim əgər öz üzərində işləmirsə, istər orta məktəbdə olsun, istər ali məktəbdə, yaşından asılı olmayaraq o, qocadır”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.